Dünyada kəskin tənqidlərə səbəb olan ABŞ, Böyük Britaniya və Avstraliya arasında AUKUS üçtərəfli müdafiə sazişi nüvə silahının yayılmaması rejiminin dağılmasına səbəb ola bilər. SİA xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin direktoru Fu Tsun keçirdiyi brifinqdə söyləyib.
"AUKUS və xüsusən də nüvə sualtı qayıqlarının inkişafı ilə bağlı üçtərəfli saziş son dərəcə ciddi məsələdir. Problemin mahiyyəti ondan ibarətdir ki, bu plan həyata keçərsə, iki nüvə dövləti olan ABŞ və İngiltərənin Silah dərəcəli uranı nüvə ölkəsi olmayan Avstraliyaya təhvil verilə bilər", deyə diplomat bildirib.
O vurğulayıb ki, MAQATE-nin hazırkı qorunma sistemi Avstraliyanın nüvə silahı yaratmaq üçün müvafiq materiallardan istifadə etməyəcəyini yoxlamaq üçün heç bir yol təqdim etmir.
“Buna görə də bir çox başqa ölkələrlə birlikdə Çin də bu əməkdaşlıqdan son dərəcə narahatdır”, deyən Fu Konq, Çinin MAQATE çərçivəsində xüsusi komitənin yaradılmasında israrlı olduğunu və bunun əsasında hüquqi, siyasi və texniki nəticələrin müəyyən olunduğunu bildirib. Qeyd edib ki, bu əməkdaşlıq müzakirə olunacaq.
Onun sözlərinə görə, “nüvə sualtı qayıqları üzrə bu üçtərəfli əməkdaşlıq son dərəcə mənfi presedent yaradacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB