“Nüvə beşliyi”nin bəyanatı dünya üçün doğru siqnaldır” - BMT BAŞ ASSAMBLEYASININ SƏDRİ

“Nüvə beşliyi”nin bəyanatı dünya üçün doğru siqnaldır” - BMT BAŞ ASSAMBLEYASININ SƏDRİ

BMT Baş Assambleyasının sədri Abdulla Şəhid Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransa liderlərinin nüvə müharibəsinin qarşısının alınması ilə bağlı bəyanatını alqışlayıb. SİA xəbər verir ki, bu sözləri onun sözçüsü Polina Kubiak deyib.

Diqqətə çatdıraq ki, bir qədər əvvəl, Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa olmaqla, beş nüvə dövlətinin liderləri nüvə müharibəsinin qarşısının alınması və silahlanmanın yarışının qarşısının alınması ilə bağlı bəyanatla çıxış ediblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bəyanat Rusiyanın təşəbbüsü ilə hazırlanıb.

"BMT-nin sədri Abdullah Şahid Təhlükəsizlik Şurasının daimi üzvləri olan beş nüvə dövlətinin birgə bəyanatını alqışlayır", deyə Kubiak bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə