Türkiyə Qara dənizdə yeni kəşfiyyata hazırlaşır

Türkiyə Qara dənizdə yeni kəşfiyyata hazırlaşır

Türkiyənin Qara dənizdə yeni təbii qaz ehtiyatları kəşf etməyə hazırlaşdığı bildirilir.

SİA xəbər verir ki, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz bu barədə sosial media hesabında açıqlama verib. Nazir “Qara dəniz qazınının istifadəsinə başlanır” başlıağı ilə paylaşdığı videoçarxda: “2023-cü ilin ilk rübündə Qara dəniz qazını vətəndaşlara çatdırmağı pılanlaşdırırıq. Lakin Sakarya Qaz Sahəsinə bitişik yeni bir sahədə kəşfiyyat qazma işlərinə hazırlaşırıq. Cari ildə də xalqımızla yaxşı xəbərlər paylaşacağımıza inanıram”.

Xatırladaq ki, “Fatih” kəşfiyyat qazma gəmisi keçən il Qara dənizdə cəmi 540 milyard kubmetr təbii qaz aşkar etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə