İsrailin hərbi helikopteri qəzaya uğrayıb

İsrailin hərbi helikopteri qəzaya uğrayıb

İsrailin Müdafiə Qüvvələrinə məxsus “Eurocopter Panther” tipli helikopter qəzaya uğrayıb.

SİA xəbər verir ki, hadisə ölkənin şimalındakı Hayfa şəhəri sahillərində baş verib. Qəza zamanı helikopterdə üç ekipaj üzvü olub.

Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarış-xilasetmə işləri havadan, qurudan və dənizdən davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə