Burkino Fasoda 29 üsyançı zǝrǝrsizlǝşdirilib

Burkino Fasoda 29 üsyançı zǝrǝrsizlǝşdirilib

Burkino Fasonun Sourou şǝhǝrindǝ hǝrbi bazaya hücum etmǝyǝ hazırlaşan 29 üsyançı zǝrǝrsizlǝşdirilib.

SİA xəbər verir ki, bu barǝdǝ yerli media orqanları mǝlumat yayıb. Mǝlumata görǝ, hǝrbi bazaya hücum etmǝyǝ çalışan üsyançılarla tǝhlükǝsizlik qüvvǝlǝri arasında qarşıdurma olub.

Qarşıdurma nǝticǝsindǝ 29 üsyançı zǝrǝrsizlǝşdirilib, 11 ǝsgǝr dǝ yaralanıb.

Keçǝn hǝftǝ dǝ Burkino Faso ordusunun 41 üzvü namǝlum silahlı qruplaşmanın törǝtdiyi hücum nǝticǝsindǝ hǝyatını itirmişdi.

Burkino Faso prezidenti Roç Mark Kristian Kabore hücumdan sonra ölkǝdǝ iki günlük matǝm elan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə