“Taliban” silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub
Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub.
SİA xəbər verir ki, bu barədə Əfqanıstanın “Hasht-e subh” qəzeti yazıb.
Qəzet iddia edib ki, münaqişə türkmən sərhədçilərin təqsiri üzündən baş verib.
“Üç gün əvvəl Türkmənistanın sərhəd xidmətinin əməkdaşları bir mülki şəxsi öldürüb, digərini isə döyüb. “Taliban” silahlıları insidentin araşdırılması zamanı onların hərəkətlərinə cavab olaraq atəş açıblar”, – Cuzdan əyalətinin informasiya və mədəniyyət şöbəsinin rəhbəri Hilal Balxi bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB