Təyyarənin tualetinin zibil qutusunda yeni doğulmuş körpə tapılıb

Təyyarənin tualetinin zibil qutusunda yeni doğulmuş körpə tapılıb

Şərqi Afrika ölkəsi Mavrikiydə hava limanının işçiləri təyyarənin tualetindəki zibil qutusunda gömrük nəzarətini yoxlayarkən yeni doğulmuş oğlan uşağı tapıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, işçilər zibil qutusunda qana bulaşmış tualet kağızından şübhələnərək körpəni fərq etdikdən sonra körpə müalicə üçün xəstəxanaya göndərilib. Hava limanı polisi, sərnişinləri sorğu-sual edərkən körpəni tərk edənin 20 yaşlı Madaqaskarlı qadın olması şübhə doğurub. Körpənin özünün olduğunu inkar edən qadın, doğum etdiyini təsdiqləyən tibbi müayinədən sonra saxlanılıb. Xəstəxanada nəzarətdə saxlanılan qadının vəziyyətinin yaxşı olduğu bildirilib. Mavrikiyə 2 illik iş icazəsi ilə gələn qadın, xəstəxanadan çıxdıqdan sonra yeni doğulmuş körpəsini tərk etdiyi üçün mühakimə olunacaq.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə