Yeni omikron koronavirus ştammı Norveçdə üstünlük təşkil edən, dominant COVID-19 ştammına çevrilib. SİA xəbər verir ki, bu barədə Norveç Xalq Sağlamlığı İnstitutunun press-relizində deyilir.
Nəzərə çatdıraq ki, daha əvvəl Norveçin NRK telekanalı omikronun Norveçin paytaxtı Osloda, eləcə də ölkənin cənubunda, şəhərin yerləşdiyi Viken bölgəsində dominant ştamma çevrildiyini bildirmişdi.
"Hazırda Norveçdə omicron ştammı üstünlük təşkil edir, 27 dekabr - 2 yanvar tarixləri arası olmaqla, 52-ci həftədə bütün infeksiyaların 65,4%-ni məhz bu ştamm təşkil edir", deyə press-relizdə bildirilir.
Norveç Xalq Sağlamlığı İnstitutunun məlumatına görə, keçən həftə ölkədə 6,143 təsdiqlənmiş yeni ştamm hadisəsi qeydə alınıb.
Qeyd edək ki, dekabrın ortalarında Norveç hökuməti COVID-19-un sürətlə yayılması fonunda ölkədə məhdudiyyətlərin gücləndirildiyini açıqlayıb. O cümlədən, restoran və kafelərdə spirtli içkilərin satışına qadağa qoyulub, məsafə saxlamaq mümkün olmayan yerlərdə ictimai yerlərdə maska taxmaq tələbi geri qaytarılıb, tədbirlərdə iştirak edənlərin sayı məhdudlaşdırılıb. Omikron infeksiyasına ilk yoluxma halları 2021-ci il dekabrın 1-də Norveçdə iki nəfərdə təsdiqlənib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı noyabrın sonunda Cənubi Afrikada tapılan koronavirusun yeni variantını narahatlıq doğuran kimi təsnif edib, B.1.1.529 ştammı ÜST tərəfindən yunan hərfi omikron ilə adlandırılıbdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB