Baydenin zəng etməsi üçün hakimiyyət ona yalvarıb DİZ ÇÖKƏRƏK

Baydenin zəng etməsi üçün hakimiyyət ona yalvarıb DİZ ÇÖKƏRƏK

ABŞ prezidenti Co Baydendin həmkarı Vladimir Zelenskiyə zəng etməsi üçün Ukrayna hakimiyyəti diz çökərək ona yalvarıb. SİA xəbər verir ki, bu sözləri politoloq Vladimir Manko “Naş” telekanalının efirində söyləyib.

“Hesab edirəm ki, bizimkilər diz çökərək bu çağırış üçün yalvarıb. ”Axı Putinlə danışmısız, bizə də zəng edin”, deyə yalvarıblar”, deyə politoloq telekanalın efirində vurğulayıb.

Onun sözlərinə görə, Baydenin Rusiya prezidenti Vladimir Putinlə söhbəti məzmunlu olub və orada Avropa ilə bağlı bütün geosiyasi məsələlər həll olunub, ABŞ və Ukrayna liderləri arasında ünsiyyət isə simvolik olub.

Qeyd edək ki, bir qədər əvvəl Ağ Evin sözçüsü Cen Psaki ABŞ prezidenti Co Baydenin ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı apardığını bildirib. Tərəflər Ukraynada daxili islahatları, həmçinin Donbassdakı vəziyyəti və Minsk razılaşmalarını müzakirə ediblər.

Xatırladaq ki, dekabrın 31-nə keçən gecə isə Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. Kremlin məlumatına görə, Bayden Ukrayna ilə bağlı vəziyyətə görə “genişmiqyaslı sanksiyalarla” hədələyib. Vladimir Putin buna cavab olaraq bildirib ki, bu, böyük səhv olardı və bu halda münasibətlərdə tam fasilə yarana bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə