Türkiyədə Bolu Gerede dərəsində cansız cəsədi tapılan Metin Özalpın həyat yoldaşı Mürüvet Özalpın başına taxta taxta ilə vuraraq öldürdüyü müəyyən edilib. Həbs edilən Mürüvet Özalp ifadəsində “Məni aldatdığını anladım. Ona görə də mübahisə etdik. Mübahisə zamanı məni vurdu. Onun başına taxta ilə vurdum”.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Gerede rayonunun Hacılar kəndində yaşayan inşaat işçisi Metin Özalpın cansız cəsədi cümə günü dərənin kənarında tapılıb. Çaydan çıxarılan Özalpın cəsədi dövlət prokurorunun müayinəsindən sonra yarılma üçün Ədliyyə Tibb Qurumuna göndərilib. Müayinədə Özalpın başına cisimlə vurularaq öldüyü, daha sonra dərəyə atıldığı məlum olub. Əri 3 gündür evə gəlməsə də heç bir xəbər verməyən Mürüvet Özalp dindirilmək üçün jandarma bölməsinə gətirilib. Özalpın evində aparılan müayinədə qan izlərinə də rast gəlinib. Sorğu-sualdan sonra günahını qəbul edən Mürüvet Özalp, ifadə verdikdən sonra həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB