Sürücü əsas yol əvəzinə tramvay yoluna çıxıb

Sürücü əsas yol əvəzinə tramvay yoluna çıxıb

Türkiyənin Fatih bölgəsində tramvay gözləyən vətəndaşlar avtomobillə qarşılaşdıqda şoka düşüblər. Tramvay yoluna daxil olan sürücünün relslərdə ilişib qalması təhlükəsizlik kamerasına əks olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yolu qarışdırdığı iddia edilən sürücü ehtiyatsızlıqdan əsas yol əvəzinə tramvay yoluna çıxıb. Vəziyyəti anlamayan sürücü bir müddət tramvay yolunda irəliləyib. Topqapıda yeraltı keçidlə tramvay stansiyasına gedən sürücü burada ilişib qalıb. Dayanacaqda gözləyən sərnişinlər sürücüyə kömək etmək üçün xilasetmə və polis qruplarını çağırıb, relslərdə qalan avtomobil oradan çıxarılıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə