Sudanda 25 noyabr hərbi çevrilişindən bu yana gərginlik azalmayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, çevriliş əleyhinə nümayişlərə sərt müdaxilələr nəticəsində itkilər yaşanmaqda davam edir.
Çevriliş əleyhdarının çağırışı ilə ölkənin paytaxtı Xartumda keçirilməsi istənilən mitinqin qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınarkən, şəhərdə internet və telefon xətlərində uzunmüddətli fasilələr yaranıb. Hərəkətləri dəstəkləyən Sudan Həkimlər Komitəsinin verdiyi açıqlamada, çevriliş əleyhdarı fəalların ölümünə görə məsuliyyət daşıyan təhlükəsizlik qüvvələrinin mühakimə olunmasını tələb etmək üçün hərəkətə keçmə çağırışının edildiyini deyilib. Açıqlamada oktyabrın 25-dən bu yana keçirilən etiraz aksiyalarında həyatını itirənlərin sayının 54-ə çatdığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB