Kolumbiyada silahlı toqquşmada azı 17 nəfər ölüb

Kolumbiyada silahlı toqquşmada azı 17 nəfər ölüb

Kolumbiyada silahlı toqquşmalarda azı 17 nəfər həlak olub.

SİA xəbər verir ki, bu barədə Araukita bələdiyyəsinin rəhbəri Etelivar Torres məlumat verib.

O, qeyd edib ki, silahlı toqquşmalar Venesuela ilə sərhəddə Arauka şəhərində başlayıb.

Bildirilir ki, münaqişə tərəfləri keçmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) təmsilçiləri və Milli Azadlıq Ordusunun (ANO) silahlılarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə