Sudanın baş naziri Abdullah Hamduq istefaya gedib.
SİA xəbər verir ki, baş nazir özü vəzifəsindən istefa verdiyini bildirib. Hökumət rəhbərinin istefaya getməsinə səbəb ölkədəki siyasi böhrandır.
Ötən ilin noyabrında hərbçilər tərəfindən vəzifəsindən uzaqlaşdırılan Sudanın baş naziri Abdullah Hamduq ev dustaqlığından azad edilib və onunla bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.
Bundan sonra baş nazir yenidən hökumətə rəhbərlik edib. Sudan hərbçiləri və devrilmiş baş nazir onun vəzifəyə qayıtmasını və texnokratik hökumətin qurulmasını nəzərdə tutan siyasi bəyannamə ilə bağlı razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB