Səudiyyə Ərəbistanına qar yağıb

Səudiyyə Ərəbistanına qar yağıb

Yeni il yanvarın 1-i səhər saatlarında Təbuk dağları qarla örtülüb. SİA xəbər verir ki, bu barədə yerli sakinlərdən olan şahidlər sosial şəbəkələrdə videolar paylaşıblar.

Bu, temperaturun kəskin və güclü düşməsindən sonra baş verib.

Sinoptiklərin proqnozuna görə, bəzi yerlərdə qar yağması hələ davam edəcək. Bir çox yerli sakinlər həyatlarında ilk dəfə qar görüblər. Onlar sosial şəbəkələrdə maraqlı videolar paylaşmaqda davam edirlər.

“Səudiyyə Ərəbistanına qar yağması təəccüblüdür. Əvvəlcə buna inanmadım, çünki Təbuk dağları o qədər də yüksək deyil ki, orada o qədər də soyuq olsun", deyə hadisə şahidləri Twitter-də yazırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə