Rusiyada 6 nəfər ölüb, 14 nəfər yaralanıb

Rusiyada 6 nəfər ölüb, 14 nəfər yaralanıb

Rusiyanın Ryazan vilayətində avtobus qəzası nəticəsində 6 nəfər ölüb, 14 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə RİA Novosti-yə Daxili İşlər Nazirliyinin regional qərargahından məlumat verilib.

Hadisə yerli vaxtla saat 05.45 radələrində Moskva - Həştərxan magistralının Skopinski rayonunun Voslebovo kəndi yaxınlığında baş verib.

Məlumata görə, nəqliyyat vasitəsi Moskvadan Həştərxana doğru hərəkət edirmiş və dəmir yolu körpüsünün dayağına çarpılıb. Avtobusda 49 sərnişin olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə