Son iki gündə Yaponiyanın qərb və şimal bölgələrinə yağan güclü qar 230-dan çox təyyarə reysinin təxirə salınmasına səbəb olub.
SİA xəbər verir ki, uçuşların çoxu Hokkaydo adasındakı Sapporo şəhərinin hava limanından təxirə salınıb.
Hava limanında qarı təmizləmək üçün administrasiya uçuş-enmə zolağını üç saat bağlamalı olub.
Sin-Çitose hava limanında sərnişinlər biletləri dəyişmək məcburiyyətində qalıb. Böyük növbələrin yarandığı bildirilir.
Hazırda Hokkaydonun bir sıra regionlarda qar örtüyünün hündürlüyü bir metri keçir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB