2022-ci ildə dünya siyasəti və Türkiyə

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) direktoru professor Murat Yeşiltaşın “2022-ci ildə dünya siyasəti və Türkiyə” başlıqlı məqaləsi
2022-ci ildə dünya siyasəti və Türkiyə

Dövlətlər "Covid-19" pandemiyasının dağıdıcı təsirlərindən xilas olmağa cəhd göstərərkən, 2021-ci il ərzində qlobal siyasətdə heç bir əsaslı dəyişiklik baş verməyib. Baydenin vəzifəsinin icrasına başlaması ilə ABŞ-ın qlobal sistemdə daha fəal rol götürərək Amerika mərkəzli liberal nizamı bərpa etmək səyləri görünür, o qədər də müsbət qarşılanmadı. Əksinə, 2021-ci ilə damğasını vuran qlobal hadisələr qlobal liderlik çatışmazlığının daha da kəskinləşdiyini, qlobal idarəetmə problemlərinin, o cümlədən iqlim dəyişikliyinin aradan qaldırılmasının mümkün olmadığını, Çin, Rusiya və digər inkişaf etməkdə olan ölkələrin yeni rəqabət dövrünün yarandığını ortaya qoydu. Bu kontekstdə beynəlxalq sistemdə davam edən transformasiya və böyük güc rəqabətinin qayıdışı qlobal qeyri-müəyyənliyi artırır və bir çox dövlətləri, o cümlədən Türkiyəni xarici siyasətlərinə yenidən baxmağa və beynəlxalq aləmdə mövqelərini yenidən tənzimləməyə məcbur edir.

2021-ci il ərzində baş verən əsas qlobal geosiyasi tendensiyaları nəzərə alsaq, görərik ki, ilk növbədə qlobal siyasətdə böyük güc rəqabəti və ya bir çoxlarının “Yeni Soyuq Müharibə” adlandırdığı rəqabət hökm sürür və bunun təsirləri qarşıdakı dövrdə daha çox hiss olunacaq. 2021-ci ilin sentyabr ayının ortalarında ABŞ-Çin rəqabətinin ən parlaq nümunəsi olan AUKUS Sakit okeanda Çin əleyhinə hərbi, siyasi və iqtisadi geosiyasi xətt qurmaq üçün qəfil ortaya çıxan cəhd kimi başa düşüldü.

Digər tərəfdən, ABŞ-Çin rəqabəti davam edən böyük güc rəqabətinin yalnız bir ölçüsünü təşkil edir. Rusiyanın son dövrlərdəki ekspansionist siyasəti və yaxın mühit doktrinası kontekstində hərbi mövqeyi də Qərblə Moskva arasında yeni soyuq müharibə gərginliyinin daimi olmasını təmin edir. Daha dəqiq desək, Ukrayna ətrafında yaranan gərginlik qlobal güc rəqabətinin ikinci ölçüsünü təşkil edir.

Bununla yanaşı bu hadisələrə baxmayaraq, ABŞ və NATO da daxil olmaqla Qərb Rusiyaya qarşı mümkün cavab strategilar yaratmağa çalışır, lakin hələ də dəqiq strategiya müəyyən etməyib. NATO Rusiyanın hərəkətlərindən narahat olduğunu və Rusiya ilə dialoqa hazır olduğunu bildirsə də, ABŞ isə Ukraynaya qoşun yeritməyəcəklərini, ancaq Rusiyaya qarşı ağır iqtisadi sanksiyalar tətbiq edəcəklərini, ukraynalılara əlavə müdafiə materialları verəcəklərini və NATO müttəfiqlərini gücləndirəcəklərini açıqladı. Ancaq görünür ki, Rusiya üçün bu xəbərdarlıqlar o qədər də ciddi qəbul edilməyib.

Qlobal siyasətin əsas marşrutunu müəyyən edən əsas dinamik ABŞ-Çin rəqabəti olsa da, xüsusilə Orta Şərqdə bu rəqabətin kölgəsində yeni bir proses başlayıb. Regionda mümkün regional yenidən uyğunlaşma müzakirələrinə təkan verən əhəmiyyətli dəyişikliklər gedir. Spesifik olaraq 2021-ci ilin əvvəlindən region ölkələri aralarında gərginliyin azaldılması və daha çox əməkdaşlığın yaranması ilə nəticələnən normallaşma prosesinə start verdilər. Regional normallaşma ilə paralel gedən və 2021-ci ildə olmasa da, yaxın illərdə öz izini qoyacaq gərginlik sahəsi İranın nüvə proqramıdır. İran məsələsi həqiqətən də xüsusi diqqətə layiqdir, çünki İran-ABŞ-İsrail üçbucağında daha böyük böhran ehtimalı regiona böyük təsir göstərəcək.

Məlumdur ki, Türkiyə 2022-ci ildə artan qlobal və regional rəqabət mühitinə hazır olmaq üçün yeni strategiya hazırlayır. Bu kontekstdə Türkiyə öz strategiyasını möhkəmləndirmək və yaxın gələcəkdə yarana biləcək mümkün risklərdən qaçmaq üçün resurslarından necə istifadə edəcəyini artıq planlaşdırmağa başlayıb. Bundan əlavə, qeyd etmək lazımdır ki, regional və beynəlxalq siyasətdə dəyişən geosiyasi dinamika şəraitində Türkiyə müəyyən təhlükəsizlik zonasına üstünlük verməklə öz strateji sabitliyini və dayanıqlığını qoruya bilməz. Hökumət bundan tam xəbərdardır. Türkiyənin geosiyasi portfeli makro səviyyədə qlobal və regional inkişaflardan təsirləndiyindən və müəyyən dövlətlər və qeyri-dövlət aktorları tərəfindən “məhdudlaşdırıldığı” üçün Türkiyənin yaxın bölgələrində təhlükəsizlik təhdidlərinin bir-biri ilə əlaqəli olduğu aydındır. Türkiyənin bu gün üzləşdiyi risklərin Qara dəniz, Şərqi Aralıq dənizi və Orta Şərq daxil olmaqla çoxölçülü olduğu görünür. 2022-ci ildə bu ərazilərdə ciddi hərəkət gözlənilmir. Orta Şərqdə yumşalma il boyu davam edə bilər və Türkiyə ilə Misir, İsrail və Səudiyyə Ərəbistanı arasında yeni müsbət irəliləyişlər baş verə bilər. Yunanıstanla yeni gərginlik dövrünün başlanması ehtimalı var. Hələlik ABŞ-la münasibətlərdə oyunu dəyişən bir inkişaf yoxdur, lakin F-16 döyüş təyyarələrinin tədarükü məsələsi ikitərəfli əlaqələr baxımından ən mühüm sınaqlardan biridir. Moskva-Ankara münasibətləri 2022-ci ildə ciddi sınaqdan keçəcək. İlk ağla gələn məsələlər arasında Ukrayna və Suriya gəlir.

Qlobal sistemdə güc rəqabəti artmaqda davam edərkən, Türkiyənin xarici siyasəti bu rəqabətdən təsirlənməməsiu qeyri-mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə