Müxtəlif nöqtələrdə 8 bomba tapıldı

Müxtəlif nöqtələrdə 8 bomba tapıldı

Krımda İkinci Dünya Müharibəsindən qalan 8 bomba nəzarətli şəkildə partladılıb. SİA xarici mətbuata istinadən bildirir ki, Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımda müxtəlif nöqtələrdə 8 bomba tapılıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupları camaata zərər vurmamaq üçün bombaların yerləşdiyi ərazilərdəki giriş-çıxışları bağlayıb. Yük maşınlarına yüklənən bombalar boş əraziyə aparılaraq nəzarətli şəkildə partladılıb. Güclü səslə partlayan bombaların tüstüsü metrlərlə hündürlüyə çatıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə