Ukraynada obyektlərdə qaz ehtiyatları ötən illə müqayisədə 42,6 faiz azalıb. SİA xəbər verir ki, bu barədə Ukrtransgaz məlumat yaylb.
"Yanvarın 1-nə Ukraynanın yeraltı anbarlarında qazın həcmi 13,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,6 faiz azdır.", deyə məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, 2021-ci il yanvarın 1-nə ehtiyatlar 23,6 milyard kubmetr təşkil edib.
Xatırladaq ki, Ukraynada payızdan etibarən xüsusilə elektrik enerjisi istehsalı üçün zəruri olan enerji resursları çatışmazlığı yaranıb. Ekspertlər bunu dünya bazarında qazın qiymətinin artması, eləcə də ölkədə kömür ehtiyatlarının tükənməsi ilə əlaqələndirirlər. Payızda Ukraynanın bir sıra regionlarında qazın qiymətinin artması ilə əlaqədar fövqəladə rejim tətbiq edilib ki, bu da istilik mövsümü üçün büdcə qurumları ilə müqavilə bağlamağa imkan vermir.
Eyni zamanda ölkənin baş naziri Denis Şmıqal əmin edib ki, Avropada enerji böhranı şəraitində ölkə qışa hazırdır. Dekabrda siyasətçi bildirib ki, Ukraynada nə qaz, nə də kömürlə bağlı heç bir problem yoxdur. O, həmçinin 2022-ci ildə qaz istehlakını 40 faiz azaltmaq üçün proqrama başlanılacağını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB