Dünyada sürətlə artan Covid-19 hadisələrinin ardından Birləşmiş Ərəb Əmirlikləri yeni ehtiyat tədbirləri ilə bağlı qərar qəbul edib. Milli Fövqəladə Hallar, Böhran və Fəlakətlərin İdarə Edilməsi Qurumunun verdiyi açıqlamaya görə, yanvarın 10-dan etibarən peyvənd olunmamış insanların xaricə çıxmasına icazə verilməyəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada o da bildirilib ki, iki doza peyvənd edilmiş şəxslərdən peyvəndin xatırladıcı dozası tələb olunacaq.
Peyvəndin ikinci dozasından sonra 6 ay keçmiş insanlar peyvəndin üçüncü dozasını ala biləcəklər. Yanvarın 10-dan qüvvəyə minəcək yeni məhdudiyyət, səhhətində problem səbəbindən Covid-19-a qarşı peyvənd oluna bilməyən şəxsləri azad edəcək, qadağa isə “humanitar vəziyyətlər və sağlamlıq problemləri” səbəbindən xaricə səfər etməli olan insanları əhatə etməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB