“Türkiyədə pitbull iti vətəndaşı 14 yerindən dişləyərək, yaralayıb”
Türkiyənin Qaziantep bölgəsində yolda gedərkən pitbull itinin hücumuna məruz qalan Ufuk Göçmen yaralanaraq xəstəxanaya aparılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə günorta saatlarında baş verib.
İddiaya görə, pitbull iti Ufuk Göçmen yolda gedərkən ona hücum edərək onu yaralayıb. Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Həkim qrupları qolları, ayaqları və kürəyinin 14 yerindən dişləndiyi təsbit edilən Göçmeni ilk müdaxilələrindən sonra təcili yardımla xəstəxanaya aparıblar.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB