Uçurum dərinləşir

Son bir ildə kasıblar daha da yoxsullaşıb, varlılar isə sərvətlərini artırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir milyarda yaxın insan aclıqdan ölərkən, dünyanın ən zəngin 10 nəfəri milyardları idarə edir.

Yalnız Teslanın baş direktoru İlon Mask bir ildə 121 milyard dollar gəlir əldə edib. Dünyada pandemiya ilə birlikdə artan iqtisadi böhran bir çox ölkədə öz təsirlərini ağır şəkildə göstərib. Dünya Bankı ötən aykı hesabatında 2020-ci ildə pandemiya səbəbindən 97 milyon insanın gündə 2 dollardan az qazandığını açıqlayıb. 2020-ci ilin qlobal yoxsulluqla mübarizədə tarixi geriləməyə səbəb olduğunu bildirən Dünya Bankı, dünyanın ən yoxsul ölkələrinin sayının 20 ildən artıq müddətdə ilk dəfə artdığını açıqlayıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə