4 PKK terrorçusu zərərsizləşdirilib

4 PKK terrorçusu zərərsizləşdirilib

Milli Müdafiə Nazirliyi Qəndil bölgəsində aşkarlanan 4 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, Milli Müdafiə Nazirliyi “tviter” hesabından bu haqda açıqlama verib.

“Vurmağa davam edin! İraqın şimalındakı Qəndil bölgəsində aşkarlanan 4 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Terrora və terrorçulara qarşı mübarizəmiz effektiv və qətiyyətlə davam edəcək!”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə