Dünyada Covid-19 epidemiyasının kölgəsində ikinci il geridə qalarkən, Avstriyanın paytaxtı Vyanada minlərlə insan atəşfəşanlıq nümayişləri ilə yeni ilə “xoş gəldin” deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Vyananın Birinci Bölgəsindəki Stefansdom Meydanında təşkil edilən atəşfəşanlığa qatılan avstriyalılar Covid-19 epidemiyasına qarşı görülən tədbirlərə baxmayaraq maska və sosial məsafə qaydalarına məhəl qoymayıblar. Ölkədə Covid-19-un “Omikron” mutasiyasının artmasına baxmayaraq, maska və məsafə qaydalarına əməl etməyən vyanalılar, atəşfəşanlıq nümayişi və musiqi sədaları altında rəqs edərək əyləniblər.
Qeyd edək ki, Avstriya polisinin bayram tədbirləri zamanı yüksək səviyyədə təhlükəsizlik tədbirləri gördüyü diqqəti cəlb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB