Aksarayda qəza baş verib

Türkiyənin Aksaray ərazisində iki avtomobil bir-biri ilə toqquşub. SİA xarici mətbuata istinadğn bildirir ki, qəzada sağ qalan olmayıb, 7 nəfər həyatını itirib. Qəza Aksarayın Yeşilova qəsəbəsi yolunun 15-ci kilometrliyində baş verib.

Nuri Balın idarə etdiyi alman nömrəli avtomobil İbrahim Ergünün idarə etdiyi avtomobillə üzbəüz toqquşub. Toqquşmanın şiddətindən hər iki avtomobil yararsız hala düşüb. Ətrafdakıların xəbəri ilə hadisə yerinə gələn sağlamlıq və xilasetmə qrupları qəzada həyatını itirənlərin cansız cəsədlərini sıxışdıqları yerdən çıxarıblar. Qəza yerində müayinədən sonra 7 nəfərin cəsədi Aksaray Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb. Jandarma qəza ilə əlaqədar istintaq başladıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə