Almaniyanın bir çox şəhərində, xüsusən də paytaxt Berlində vətəndaşlar yeni növ koronavirus (Covid-19) pandemiyası səbəbiylə yeni ilə evlərində girərkən, Köln və Frankfurtda bəzi vətəndaşlar qadağaları tanımayıb. SİA xarici mətbuata istinadən bildirir ki, Almaniya yeni ilə koronavirus ilə mübarizə tədbirlərinin kölgəsi altında girib.
Avropanın əyləncə şəhəri kimi tanınan Almaniyanın paytaxtı Berlin Covid-19 tədbirləri səbəbiylə yeni ilə sakit daxil olub. Normal şəraitdə ölkənin digər şəhərlərindən və xaricdən gələn turistlərlə, eləcə də berlililərlə dolu olan Berlin küçələri yeni ildə sakitliyi ilə diqqət çəkib. Evlərdə keçirilən xüsusi Yeni il şənlikləri də qadağalardan payını aldı. Son 6 ayda peyvənd olunmuş və ya xəstəlikdən sağalmış şəxslər də daxil olmaqla maksimum 10 nəfərin evdə toplaşmasına icazə verilib. 14 yaşına çatmamış uşaqlar bu qaydadan azad ediliblər. Bundan əlavə, Berlinin ən mühüm küçələri və meydanları da daxil olmaqla 57 nöqtədə atəşfəşanlıq və maye qazı qadağan edilib. Qaydaya əməl etməyənləri 50 min avroya qədər cərimə gözləyəcəyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB