Türkiyənin Beylikdüzü istiqamətində çoxlu sayda avtomobilin iştirakı ilə yol qəzası baş verib. SİA xarici mətbiata istinadən bildirir ki, Beylikdüzü istiqamətində baş verən qəza səbəbindən nəqliyyata yol bağlanıb, çoxlu sayda yaralının olduğu bildirilir.
Əldə edilən məlumata görə, qəzaya sərxoş sürücünün idarə etdiyi avtomobil səbəb olub. 15 avtomobilin iştirakı ilə baş verən qəzada ən azı 10 vətəndaşın yaralandığı öyrənilib. Nəqliyyatın intensiv olduğu yol bir anda sanki döyüş meydanına çevrilib.
Qəza baş verən yerə çoxlu sayda təcili yardım və xilasetmə qrupları cəlb edilib. Yaralı vətəndaşlara yardım göstərilib. Avtomobillərdə qalan vətəndaşlar yanğınsöndürənlər tərəfindən çıxarılaraq sağlamlıq qruplarına təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB