ABŞ-ın Kolorado ştatının Denver şəhərinin şimalında baş verən meşə yanğını sürətlə yayılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bölgədən minlərlə insan təxliyə edilərkən, alovlar arasında qalan evlərdə yaşayan 6 nəfər yaralanaraq xilas edilib.
Nəhəng yanğında 600-ə yaxın ev, ticarət mərkəzi və bir otel yanıb. Elektrik naqillərinin aşması və transformatorların partlaması nəticəsində 23 minə yaxın insan işıqsız qalarkən, ştatda fövqəladə vəziyyət elan edilib və 30 minə yaxın insanın başqa yerlərə köçürüldüyü bildirilib.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB