1 yanvardan etibarən Fransa 6 ay müddətində Avropa İttifaqına rəhbərlik edəcək.
SİA-nın məlumatına görə, bu barədə ölkə prezidenti Emmanüel Makron da Yeni il müraciətində bildirib.
Ekspertlərin fikrincə, Fransanın Aİ-yə rəhbərliyi çox çətin dövrə təsadüf edir. Rəsmi Parisin qarşısında duran əsas məsələ İttifaqın pandemiya nəticəsində əhəmiyyətli dərəcədə zəifləmiş iqtisadiyyatını dirçəltməkdir.
Qeyd edək ki, üzv dövlətlərin hər biri 13 ildə bir dəfə 6 ay ərzində Avropa İttifaqına rəhbərlik edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB