Türkiyənin Aydın bölgəsinə qar yağıb

Türkiyənin Aydın bölgəsinə qar yağıb

Türkiyənin Aydın Böyükşəhər Bələdiyyəsi hər il olduğu kimi bu il də Atatürk Şəhər Meydanında süni qar nümayişi keçirib. Yeni il şənliyi 21.30-da DJ-in çıxışı ilə davam edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Yeni ilə saatlar qalmış Aydın Böyükşəhər Bələdiyyəsi növbə sonunda Aydın xalqına qar sürprizi edib. Atatürk Şəhər Meydanına yağan süni qarla vətəndaşlar əyləncəli anlar yaşayıb. Qar köpükünün altında xatirə şəkli çəkdirən vətəndaşlar rəngli görüntülər üzə çıxarıb. Yeni il şənliyi çərçivəsində hazırlanan tədbir saat 21.30-da Atatürk Şəhər Meydanında DJ-in çıxışı ilə davam edəcək. Aydın Böyükşəhər Bələdiyyə Başçısı Özlem Çerçioğlu bütün Aydın sakinlərini tədbirə dəvət edib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə