Almaniya hakimiyyəti ölkənin atom elektrik stansiyalarının yarısını bağlayıb. SİA xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Qeyd olunur ki, cümə günü, dekabrın 31-də Almaniyada fəaliyyət göstərən altı atom elektrik stansiyasından üçü bağlanıb. Qalanlarının da gələn il istismardan çıxarılması planlaşdırılır.
Xatırladaq ki, Almaniya 2002-ci ildə, kansler Qerhard Şrederin dövründə nüvə enerjisindən imtina etmək qərarına gəlib. 2011-ci ildə Yaponiyada Fukusima Atom Elektrik Stansiyasında baş vermiş qəzadan sonra Angela Merkel hökumətin bu planını təsdiqləyib.
Diqqəətə çatdıraq ki, həmçinin Almaniya hakimiyyətinin 2030-cu ilə qədər planları enerji mənbəyi kimi kömürdən tamamilə imtina etməkdir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB