Türkiyənin Ankara şəhərində avtomobil idarəetmədən çıxaraq aşıb, eyni məktəbdə işləyən 5 müəllim yaralanıb. SİA xarici mətbuata istinadən bildirir ki, Ankara-Konya yolunun Beynam qovşağında baş verən hadisədə Bala Anadolu İmam Hatip Liseyində müəllim işləyən İlknur Perçin və eyni məktəbdəki həmkarları Tuğçe Özdemir, Songül Kasacı, Hatice Kübra Budak və Havva Memiş, Ankaradan avtomobili ilə yola düşdü. Perçinin idarəsindən çıxan avtomobil aşıb. Qəzada 5 müəllim xəsarət alıb. Qəza yerinə polis və tibb işçiləri göndərilib. Müəllimlərin sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB