Bir çox təbii fəlakətlərin və siyasi problemlərin, eləcə də koronavirusun yaşandığı 2021-ci il rəsmi olaraq sona çatdı. Bütün dünya yeni ili həyəcanla gözlədiyi bir vaxtda Yeni Zelandiya hər il olduğu kimi 2022-ci ilə girən ilk ölkə olub. SİA xarici mətbuata istinadən bildirir ki, koronavirus epidemiyasının təsiri altında keçirilən bayram şənliklərində atəşfəşanlıq olub, sosial məsafə qaydalarına uyğun olaraq meydanlara toplaşan böyük izdiham 2022-ci ilə sevinclə qədəm qoyub. Yeni Zelandiya 2022-ci ildə daxil olan ilk ölkələrdən biri olsa da, insanlar bu il Covid-19 məhdudiyyətləri çərçivəsində atəşfəşanlıq nümayişləri ilə yeni ilə "salam" dedilər.
Qeyd edək ki, Yeni Zelandiya Samao, Tonqo və Kiribati adalarından sonra yeni ilə girən ilk ölkələrdən biri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB