ABŞ-İsrail 3,1 milyard dollar dəyərində silah müqaviləsi imzalayıb

ABŞ-İsrail 3,1 milyard dollar dəyərində silah müqaviləsi imzalayıb

İsrail Müdafiə Nazirliyi ABŞ-dan alınacaq 12 CH-53K helikopteri və iki Boeing KC-46 yanacaqdoldurma təyyarəsi üçün təxminən 3,1 milyard dollarlıq müqavilə imzaladıqlarını açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, razılaşma İsrailin hava hücumundan müdafiə qabiliyyətini yeniləmək cəhdlərinin bir hissəsi kimi qəbul edilib. Razılaşma İsrailə istəsə daha 6 helikopter almaq imkanı verir.

Müqaviləyə əsasən, ilk helikopterlər 2026-cı ildə İsrailə təhvil veriləcək. Yanacaq dolduran təyyarənin təhvil verilməsi də 2025-ci ildən əvvəl gözlənilmir. İsrail Hərbi Hava Qüvvələri, almaq istədiyi daha 4 yanacaqdoldurma təyyarəsinin təhvil verilməsinin ən qısa zamanda edilməsi istədiyini açıqlayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə