Dekabrın 31-də yerli vaxtla saat 00:04-də Gürcüstanda zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Tsalka və Dmanisi rayonlarının ərazisində daha güclü olub.
Zəlzələnin gücü 4,1 bal olub.
Yeraltı təkanların episentri Tsalka rayonunun Məmişlər kəndində yerləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB