Qonşusuna aylarca kabus yaşatdı

Türkiyənin İzmir şəhərinin Menemen səmtində təxminən 5 aydır mənzilin qapısına atılan zibildən narahat olan və bunun ardından qapıya kamera yerləşdirən ev sahibi gördüyü mənzərə qarşısında şoka düşüb. SİA xarici mətbuata istinadən bildirir ki, kadrlarda həmin binada yaşayan qonşu tərəfindən mənzilin qapısına zibil atıldığı, sidik töküldüyü, şüşəyə bir növ maye töküldüyü anları var.

Hadisə Kasımpaşa məhəlləsi Yörükefe küçəsində yerləşən binada baş verib. Ev sahibi Sezayi (60) təxminən 5 aya yaxın zibil atıldıqdan sonra ağır qoxular gəldiyini hiss edib. Bunu kimin etdiyini müəyyən etmək və qarşısını almaq üçün 3 il əvvəl aldığı mənzilin qapısına təhlükəsizlik kamerası quraşdırıb. Qonşu polislər tərəfindən nəzarətə alınıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə