Klinikada 25 nəfəri yandırıb öldürdü

Klinikada 25 nəfəri yandırıb öldürdü

Dekabrın 17-də Yaponiyada bütün dünyanın qanını tökən klinikada baş verən yanğında 25 nəfər diri-diri yandırılaraq ölüb. Bu gün yanğından sağ çıxan hadisəni törədən şəxs qurbanları kimi dünyasını dəyişib. SİA xarici mətbuata istinadən bildirir ki, Yaponiyanın Osaka əyalətində klinikada baş verən və 25 nəfərin ölümünə səbəb olan yanğının səbəbkarı müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Dekabrın 17-dən vəziyyəti kritik olan 61 yaşlı Morio Tanimotonun ölümünü Osaka polisi təsdiqləyib. Psixiatriya klinikasını benzin tökərək yandıran Tanimotonun polis tərəfindən sorğu-sual edilmədən öldüyü öyrənilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə