BMT baş katibinin rəsmi nümayəndəsinin köməkçisi Florens Soto Nino dekabrın 30-dan 31-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında baş tutan telefon danışığını şərh edib.
SİA-nın məlumatına görə, Florens Soto Nino sözügedən danışığı müsbət qiymətləndirib.
“Biz həmişə BMT-yə üzv dövlətlər arasında dialoqu alqışlayırıq”, deyə BMT rəsmisi vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Kreml Rusiya və ABŞ prezidentləri arasında dialoqun hər iki tərəf üçün faydalı olduğuna dair fikirlər səsləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB