Polşanın baş naziri Aİ-ni günahlandırır...

...yüksək qaz və enerji qiymətlərinə görə
Polşanın baş naziri Aİ-ni günahlandırır...

Avropada qaz və enerji qiymətlərinin yüksək olmasına görə Avropa İttifaqı qismən məsuliyyət daşıyır.

SİA xəbər verir ki, bunu yerli telekanalın efirində Polşanın baş naziri Mateuş Moraveçki deyib.

O, qaz şantajı elementi kimi istifadə edildiyi iddia edilən “Şimal axını 2” qaz kəmərini xatırladıb.

"Biz Avropada, bütün Avropa İttifaqında bu cür şantajlara aydın şəkildə cavab verməliyik. Qısa müddətdə güclü siyasətlə, eləcə də uzunmüddətli perspektivdə qaz və enerji infrastrukturunun inkişafı ilə cavab verməliyik", deyə baş nazir bildirib.

Qeyd edək ki, bu gün dekabrın 6-dan ilk dəfə olaraq qaz qiymətləri min kubmetr üçün 1000 dollardan aşağı, yəni 987,9 dollara düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə