Bayden və Putin arasında telefon danışığı başlayıb

Bayden və Putin arasında telefon danışığı başlayıb

ABŞ Prezidenti Co Bayden və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı başlanıb.

SİA xəbər verir ki, tərəflər Bakı vaxtı ilə saat 00:35-də müzakirəyə başlayıblar.

Söhbət zamanı NATO-nun şərqə genişlənməsi və Ukrayna böhranı kimi mühüm məsələlər müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə