Fransanın şimalındakı Kale kommunasında qanunsuz miqrant düşərgəsinin dağıdılması zamanı qarşıdurmada 15 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
SİA xəbər verir ki, bu barədə Kale polis bölməsi tviterdə məlumat yayıb.
Ümumilikdə 15 nəfər xəsarət alıb, onlardan 14-ü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
Əvvəlcə düşərgə sakinlərinin təxliyəsi sakit keçsə də, onların polis maşınlarına mindirildiyi ərazidə ciddi atışma baş verib.
Hadisə yerində olan 60 polis və jandarm 100-ə yaxın miqrantın onlara hücum etdiyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB