Putin Ərdoğanın yeni ilini təbrik edib

Putin Ərdoğanın yeni ilini təbrik edib

Rusiya prezidenti Vladimir Putin prezident Rəcəb Tayyib Ərdoğana Yeni il münasibəti ilə təbrik məktubu ünvanlayıb.

SİA xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Putin Ərdoğana ünvanladığı mesajda, Covid-19 epidemiyasına baxmayaraq, Rusiya-Türkiyə əlaqələrinin, ilk növbədə, ticarət, iqtisadiyyat, enerji, hərbi texnika və digər sahələrdə inkişaf etdirilməsi uğrunda lazımlı addımların atıldığına diqqət çəkilib.

Kosmosun sülhpərvər yolla tədqiqi və Covid-19 peyvəndlərinin istehsalı sahəsində əməkdaşlıq imkanlarının olduğunu ifadə edən putin: “Əminəm ki, birgə təşəbbüslərlə regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi ilə dost rus və türk xalqlarının mənafeyi naminə beynəlxalq məsələlərdə intensiv tərəfdaşlıq və səmərəli ikitərəfli əməkdaşlıq daha da inkişaf etdiriləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə