Braziliyanın şimal-şərqindəki Bahia ştatında daşqın qurbanlarının sayı 24-ə çatıb, daha 434 sakin xəstəxanaya yerləşdirilib.
SİA xəbər verir ki, bu barədə Bahia ştatının Mülki Müdafiə və Mühafizə İdarəsi məlumat yayıb.
On beş milyondan çox əhalisi olan Bahia ştatında tüğyan edən təbii fəlakət nəticəsində 37 324 nəfər evsiz qalıb, 53 934 rayon sakini təxliyə edilib.
Daşqınların mənfi nəticələrindən ümumilikdə 629 398 nəfər zərər çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB