“Brexit” sözünü işlətmək qadağan edildi DÖVLƏT QULLUQÇULARINA

“Brexit” sözünü işlətmək qadağan edildi DÖVLƏT QULLUQÇULARINA

Britaniyanın dövlət qulluqçularına Britaniyanın Avropa İttifaqından çıxması mənasını verən “Brexit” ifadəsindən istifadə etmək qadağan edilib. SİA xəbər verir ki, bu barədə Daily Mail hökumət sirkulyarına istinadən yazır.

Qeyd olunur ki, hökumətin üslub bələdçisi işçilərə yalnız “tarixi kontekstdə” lazım gəldikdə istifadə edilməli olan “Brexit” sözündən çəkinməyi tövsiyə edir. Nəşrin yazdığına görə, heyətə həmçinin London və Brüsselin çıxış şərtləri ilə bağlı razılığa gəldiyi aylara aid olan “keçid dövrü” terminindən qaçmaq tövsiyə olunub.

"Brexit" əvəzinə "31 dekabr 2020-ci il" və ya "Böyük Britaniya Aİ-dən çıxdıqda" ifadəsi istifadə edin, "keçid dövründə" əvəzinə "31 dekabr 2020-ci il tarixinədək" kəlməsini istifadə edin, eləcə də "keçid dövründən sonra" əvəzinə "1 yanvar 2021-ci il tarixindən sonra" sözünü istifadə edin”, deyə nəşr hökumət sirkulyarına istinadən qeyd edir.

Xatırladaq ki, Böyük Britaniya və Avropa İttifaqı yanvarın 1-də Brexit üzrə keçid dövrünü başa vurub və tərəflər arasında ticarət və əməkdaşlıq haqqında saziş qüvvəyə minib. Müqavilənin şərtlərinə uyğun olaraq, Britaniya vahid bazarı və Aİ gömrük ittifaqını tərk edib, lakin tərəflər rüsum və kvota olmadan sərbəst ticarəti davam etdirəcəklər. Böyük Britaniya hazırda Aİ üzvü olmayan ölkələrlə ikitərəfli ticarət sazişləri bağlamaqda davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə