İran xarici işlər nazirinin müavini və İranın baş müzakirəçisi Əli Bakiri Vyana danışıqlarında yaxşı irəliləyiş əldə etdiklərini bildirib. SİA xarici mətbuata istinadən bildirir ki, İranın xarici işlər nazirinin müavini və İranın baş müzakirəçisi Əli Bakiri Avstriyanın paytaxtı Vyanada nüvə razılaşmasına qayıtmaq üzrə danışıqların səkkizinci raundu başa çatdıqdan sonra dövlət televiziyasına danışıb.
Bakiri, "Danışıqların səkkizinci turunda diqqət çəkdiyimiz mövzu sanksiyaların ləğvi idi. Bu mövzuda qarşılıqlı müzakirələr və yazışmalar oldu. Vyana danışıqlarının səkkizinci raundunda yaxşı irəliləyiş əldə etdik" dedi. Yeni il gecəsi ilə əlaqədar Vyana danışıqlarına qısa fasilə verdiklərini bildirən Bakıri, "Ümid edirəm ki, yeni il bayramından sonra qərb nümayəndə heyətləri sanksiyaların qaldırılması məsələsinə daha ciddi yanaşacaqlar" dedi.
İran və 4+1 ölkələri arasında noyabrın 29-da Vyanada başlayan nüvə danışıqlarının 7-ci raundu, nümayəndə heyətlərinin paytaxtlarda məsləhətləşmələr aparması üçün dayandırılıb. Danışıqların səkkizinci raundu dekabrın 27-də davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB