Bu bölgədə insanlar mənfi 60 dərəcəni gördülər

Bu bölgədə insanlar mənfi 60 dərəcəni gördülər

Sibirdə yerləşən Oymyakon şəhəri dünyanın ən soyuq yeri kimi tanınır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Oymyakonda termometrlər -60°-ni göstərib. Havaların soyuq keçməsi rayonda yaşayış şəraitinə də təsir edir. Bölgədəki yerli at cinsi olan yakut atların üzərində həddindən artıq soyuq səbəbindən ağ təbəqənin əmələ gəldiyi müşahidə edilib.

Soyuqluq rekordu 1973-cü ildə bölgədə temperaturu -65°-yə enməsi ilə yenilənib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə