Tarixdən əvvəlki insan DNT-si bit mayesində tapıldı

Tarixdən əvvəlki insan DNT-si bit mayesində tapıldı

Elm adamları bitlərin yumurtalarını saça yapışdırmaq üçün istehsal etdiyi yapışqan maddənin DNT testinin Cənubi Amerikada 1500-2000 il əvvəl necə insanların yaşadığına dair çoxdankı sirlərə işıq sala biləcəyini deyirlər. SİA xarici mətbuata istinadən bildirir ki, Böyük Britaniya, Danimarka və Argentinadan olan tədqiqatçılar səkkiz Cənubi Amerika mumiyasının qalıqlarını tədqiq edərək iki mumiyanın “bit yapışqanından” həm tarixdən əvvəlki insan nüvə DNT-sini, həm də mitoxondrial bit DNT-sini çıxarıblar.

Təhlil göstərdi ki, mumiyalanmış insanlar 2000 il və ya daha çox əvvəl Amazon hövzəsinin şimal-qərbindən Argentinanın mərkəzi və qərbindəki And dağlarına köçmüş əhalinin bir hissəsidir. Bu, əvvəlki nəzəriyyələri təsdiqləyib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə