İndoneziya geri addım atdı

İndoneziya Rohinqya qaçqınlarının olduğu qayığı geri qaytarmaq qərarından imtina edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, çərşənbə günü ən azı 100 Rohinqya qaçqınına gəmidən düşməyə icazə veriləcək.

Verilən açıqlamada “Qərar gəmidə olan qaçqınların fövqəladə vəziyyəti nəzərə alınaraq qəbul edilib” deyilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə