“Beynəlxalq koalisiya qüvvələri ölkəni tərk edib”

“Beynəlxalq koalisiya qüvvələri ölkəni tərk edib”

Beynəlxalq koalisiya qüvvələri İraqı tərk edib.

SİA xəbər verir ki, bunu İraqın Baş naziri Mustafa Əl-Kazemi tviter hesabında yazıb.

“Koalisiyanın hərbi əməliyyatları başa çatıb, bütün qoşunlar və hərbi texnika İraqdan çıxarılıb. Hazırda koalisiyanın işi İraq-ABŞ strateji dialoqunun nəticələrinə əsasən məsləhətləşmələrdən ibarətdir”, – Baş nazir bildirib.

Əl-Kazemi əmin edib ki, İraq Silahlı Qüvvələri əhalini İŞİD silahlılarının təhlükəsindən qorumağa hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə